Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Bankda əlbəyaxa dava: "Hafka pulları götürüb qaçıb"

“Bank of Azerbaijan”ın qarşısında müştərilərlə bank işçiləri arasında əlbəyaxa dava olub.

Bu haqda müştərilər adından bankla problemi olan jurnalist Samir Feyruzov məlumat verib.

Məlumatda deyilir ki, “Bank of Azerbaijan” yenə də müştərilərinin pullarını qaytarmaq istəmir. Buna görə də iyulun 8-də “Bank of Azerbaijan”ın qarşısında əlbəyaxa dava baş verəndən sonra onlar kömək üçün Mərkəzi Banka gediblər:

“Dünən orda dava-dalaş oldu. Sonra camaata dedilər ki, gedin, kimə deyirsiz-deyin! Mərkəzi Banka getdik, orda da qəbul etmədilər”.

“Bank of Azerbaijan”da pullarının batdığını iddia edən Samir Feyruzov deyir ki, “Bank of Azerbaijan”dan onlara bankın Hafiz Məmmədovun əlindən alınacağını deyiblər:

“Hafiz Məmmədovun əlindən bankı almaq istəyirlər, o da vermir. Pulunu götürüb qaçıb. Bankda da pul yoxdur”.

Onun sözlərinə görə, 20 min manat depozit hələ də jurnalistə qaytarılmayıb. Əvəzində zəng edib hədə-qorxu gəliblər.

Xatırladaq ki, jurnalist Samir Feyruzovun da "Bank of Azerbaijan"la problemi hələ də həll olunmamış qalır./axar/
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber