Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

Atəşkəs rejimi 24 dəfə pozulub

İşğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ermənistan ordusu Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərini də atəşə tutub.

İşğalçılar Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...