Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

DÇ-da 6,5 milyonluq qarət

Braziliyada hökümətin başı Dünya Çempionatına qarışarkən, oğrular da öz işlərini görüblər. Ölkədə bir neçə ilin ən böyük oğurluq hadisəsi baş verib.

Braziliyada Elektron cihaz fabrikinə girən və vəzifəliləri girov götürən oğrular, 6,5 milyon dollarlıq smartfon, planşet və kompüter oğurlayıblar. Hadisə San Paulo şəhərində baş verib. Oğruların 7 yükdaşıyan ilə gəldikləri və binadan 40 mindən çox məhsulu oğurladıqları bildirilir.

Dövlət rəsmiləri hadisənin araşdırıldığını lakin hələ oğruların saxlanılmadığını bildiriblər. Firma əməkdaşları isə qara paltar geyinmiş maskalı oğruların 50 işçini zərərsizləşdirərək soyğunu reallaşdırdıqlarına hələ də inana bilmirlər./ans/
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber