Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Ölümcül döyülən əsgər reanimasiyaya yerləşdirildi

Oktyabr ayının 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olay yaşanıb.

Əsgərin yaxınlarının verdiyi yeni məlumatına görə, hadisə oktyabr ayının 26-da baş verib. Əsgərin valideynlərinə əsgərin itkin düşdüyü və tabeliyindəki silahı götürərək hərbi hissəni tərk etdiyi barədə məlumat veriblər.
Hadisənin səhəri günü (27 oktyabr) əsgər Cəmil Elxan oğlu Hüseynzadə hərbi hissənin yaxınlığında kanaldan tapılıb. Ölümcül döyülən əsgəri yaxınlıqdan keçən bir nəfər görüb və onu Gəncə Hərbi Hospitalına çatdırıb. Reanimasiya şöbəsində gözlərini açan əsgərin dediyinə görə, o, döyüldükdən sonra qaçıb. Bu zaman əsgər arxadan kürəyindən güllə yarası alıb və kanala düşüb.
Bildirək ki, əsgəri döyənlər haqda sabah ətraflı məlumat verəcəyik.

18:24

Hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala atılıb. Ölümcül döyülən əsgəri yaxınlıqdan keçən bir nəfər görüb və onu Gəncə Hərbi Hospitalına çatdırıb.

Bu barədə “Axar.az”a əsgərin yaxını məlumat verib. O, qeyd edib ki, əsgər döyüldükdən sonra kürəyindən bir güllə yarası da alıb.

Hal-hazırda əsgər Cəmil Hüseynzadə Gəncə Hərbi Hospitalının reanimasiya şöbəsindədir.

Qeyd edək ki, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Lənkəran rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
1780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber