Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

Rusiyalı hakeri ABŞ-da 30 il həbs gözləyir

ABŞ Rusiya Liberal Demokrat Partiyasından olan millət vəkili Valeri Seleznyovun oğlu Roman Seleznyovu Maldiv adalarında tətildə olarkən hakerlik ittihamı ilə həbs edib.

Rusiya ABŞ-ın üçüncü dövlətin ərazisində rus vətəndaşını həbs etməsini qanunsuz hesab edərək bu hadisəni sərt şəkildə qınayıb.

Qeyd edək ki, rəsmi Vaşınqton dünyanın ən təcrübəli kart oğrusu olan deputat oğlunun ABŞ-a 2 milyon dollar ziyan vurduğunu bildirib.

Seleznyov indiyədək 100 min ABŞ vətəndaşının kredit kartından pul oğurlayıb.

Onu da bildirək ki, Seleznyovun günahkar olması sübut olunarsa, onu 30 ilə qədər həbs cəzası gözləyir.

Rus mətbuatına açıqlama verən haker atası və millət vəkili Seleznyov oğlunun kompüter texnologiyasını bilmədiyini, bunun təxribat olduğunu deyib. Seleznyovun fikrincə, ABŞ Rusiyada siyasi sığınacaq müddətini bir il daha uzatmaq istəyən keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenlə dəyişdirmək üçün bundan istifadə edəcək.
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber