Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

Leyla Yunusa qarşı təxribat hazırlanır

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusa qarşı təxribat hazırlanır. Bu barədə SDİ-nun yaydığı məlumatda deyilir. "Azadliq"a göndərdiyi açıqlamada Leyla Yunus Prezident Administrasiyasından hakimiyyətin əleyhdarlarına qarşı repressiyalar barədə məlumat aldığını bildirib: "Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin rəhbəri Fuad Ələsgərov və ictimai-siyasi şöbənin müdiri Əli Həsənova hüquq müdafiəçisinin polisə gətirilməsi və nəhayət, həbsi üçün təxribatların təşkili haqda düşünməyi tapşırıblar. Təxribatlar zor xarakterli olmalıdır - təhqir, dava, aşağılayıcı davranışlarda ittiham etmək. Təxribatçılar jurnalist, yaxud sadə vətəndaş adı ilə keçirdiyim mətbuat konfransına və ya yardım məqsədi ilə gəlib bu özbaşınalığı həyata keçirə bilərlər. Çoxlu sayda qanun pozuntularına yol vermiş Baş Prokurorluğun Ağır Cinayətlərə İşlər üzrə İdarənin müstəntiqlərinə məni və Arif Yunusu Rauf Mirqədirovun işi əsasında həbs etməyə icazə vermirlər. Amma mənim həbsim və susdurulmam məsələsi qüvvədədir. Fuad Ələsgərov və Əli Həsənov bunun üçün təzyiqin yeni variantlarını axtarırlar. Hazırkı hakimiyyət öz opponentlərinə qarşı kriminal metod və üsullardan istifadəni davam etdirir”.
1310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP