Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

AİP-dən İsa Qəmbərin müşavirinə sərt cavab

“Mustafa Hacıbəyli facebook səhifəsində AİP-ə çamur atması əslində bataqlıqda olan şəxsin hündür ağaca daş atmasına bənzəyir. Əslində onun atdıqları daş öz başına töküləcək, nəticədə bataqlıqda batıb gedəcək. Arif Hacılının qardaşı təbii ki, hər şeyə qardaşının həbsxanaya necə düşüb çıxması ilə münasibət bəsləməlidir. Bəziləri İlham Əliyevə xidmət və sədaqətlərini göstərib həbsxanadan çıxırlar. Əks halda AİP lideri Mövsüm Səmədov kimi 12 il həbsdə yatmalı olacaqdılar.”

Bu sözləri FaktXeber.com-a AİP-in sədr müavini Akif Heydərli Müsavat Partiyasının Məclis üzvü, başqan İsa Qəmbərin müşaviri Mustafa Hacıbəylinin facebook səhifəsində, ”İslam Partiyası avqustda Cəmil Həsənlini, sentyabrda İlyas İsmayılovu, oktyabrda isə İlham Əliyevi müdafiə etdi - bu faktı konstatasiya etməyə ona görə ehtiyac duydum ki, 20 il prinsipiallıq göstərib min bir əziyyətə qatlaşanlarla belələrinin fərqini anlamayanlar var”, - yazdığı statusa münasibət bildirərkən qeyd edib.
AİP rəsmisi onu da bildirdi ki, təmsil olunduğu qurum “Vətən” Blokunun tərkibində seçkiyə çox böyük ləyaqətlə qoşuldu və üzərinə heç bir qara pərdə atmadı: “Mustafa Hacıbəylinin təmsil olunduğu qurumun üzərində örtülən pərdədə bir dəlik var idi ki, həmin dəlikdən hər şey çox aşkar görünürdü. Baş verənlər bir daha göstərdi ki, AİP İlham Əliyevin xidmətçisidir, yoxsa Milli Şuraya daxil olan Müsavat Partiyası və onun Mustafa Hacıbəyli kimi piyadaları? Mustafa Hacıbəyli əgər bunlardan xəbərdar deyilsə, onda qəflətdədir. Lakin qeyd edim ki, sözügedən dəlikdən hər şey çox aydın görünür.”Müsahib onu da bildirdi ki, Mustafa Hacıbəyli kimilərin ABŞ səfiri Riçard Morninqstarın təlimləri ilə hərəkət etməsi açıq-aşkar görünür: “Onlar Morninqstarın ölkədə siyasi islamın inkişafına qarşı layihələrini və tapşırıqlarını canla başla həyata keçirirlər. Əslində islamçılara əl açan Müsavat Partiyası idi. Biz bəziləri kimi xalqı küçələrə tökərək döydürüb, sonra qaçıb gizlənmirik. Mübarizəmiz aşkar və şəffaf şəkildə həyata keçirilir. Maraqlıdır ki, bəziləri nə vaxta kimi xalqı qərb təşkilatlarının marağına qurban verəcəklər. Biz Amerikaya və ya İsrailə gedib xalqın taleyini müzakirə etmirik. Xalqın taleyini onların özləri ilə müzakirə edib qərar veririk.”
1818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39