Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

Mirvari Qəhrəmanlının bank hesabına həbs qoyulub

«Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin hesabı ilə yanaşı şəxs hesabıma da həbs qoyulub»

«Yadlarından çıxıb ki, təqaüd də alıram. Səlim Müslümova tapşırıq versinlər, təqaüdümə də həbs qoysunlar»


Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən müstəqil QHT-in fəaliyyətini məhdudlaşdırmaqda israrlıdır. Artıq bu kampaniyanın tərkib hissəsi kimi bir sıra qeyri-hökumət təşkilatların bank hesabalıran həbs qoyulub. Hesabına həbs qoyulan təşkilatların sayı 20-ə çatıb. Onlardan biri Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatıdır. İyulun 9-da müstəntiq Sənan Paşayevin təqdimatı əsasında təşkilatın nümayəndələrinin iştirakı olmadan Nəsimi rayon məhkəməsinin hakimi Elman Musayevin sədrliyi ilə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının hesabına həbs qoyulub.Təşkilatın sədri Mirvari Qəhrəmanlı «Azadlıq»a açıqlamasında təşkilatın hesabı ilə yanaşı şəxsi hesabına da həbs qoyulduğunu bildirdi.

M.Qəhrəmanlı hökumətin bu addımının fəaliyyətləri ilə bağlı olduğunu deyir: «Azərbaycan mədən sənayesində şəffaflığın artırılması siyasətinə birinci qoşulanlardandır. Ancaq bu ölkədə əgər şəffaflıq təmin olunmursa, hökumətinin bu sahədə verdiyi hesabatlar şübhəli görünür. Bizim layihəmiz Avropa Demokratiyaya Dəstək Fondunun yardımı ilə həyata keçirilib. Məbləğ 47 min avrodur. Layihənin məqsədi bu sahədə yaxşı nəticələr əldə etmiş bir çox xarici ölkələrin təcrübəsini öyrənmək, öz ölkəmizdə bu sahədə həm qanunvericiliyin nə dərəcədə şəffaflığa xidmət etdiyi, həm neft şirkətlərinin nə qədər hesabatlılığa açıq olduğuna aydınlaşdırmaq, təklif və tövsiyələri hazırlamaqdır. Birinci tranşı keçirmişik. Ölkəmizdə beynəlxalq konfrans keçirilib. Hesabat hazırlamışıq, saytımızda yerləşdirilib. Hesabat Neft Fonduna, ölkəmizdə fəaliyyət göstərən neft şirkətlərinə təqdim edilib. İkinci tranşda isə buna aid kitab çap etməli idik. İctimaiyyələşdirmə aparmalıydıq. Təklif və tövsiyyələri müzakirəsi olmalı idi. 24 iyulda bizim hesabımıza ikinci tranşın pulu daxil olacaq. Bütün verilən suallara cavab vermişik».

M.Qəhrəmanlının sözlərinə görə, hökumətin yaratdığı maneə ölkədə mədə sənayesində şəffaflığın artırılmasında maraqlı olmadığını göstərir».

Təşkilatın hesabı ilə yanaşı şəxsi bank hesabına qoyulan həbs qanunsuz hesab edən QHT rəhbəri bunu özünə və ailəsinə olan təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirir: «Başa düşdüm ki, təşkilatın bank hesabına həbs qoyublar. Ancaq 2005-ci ildə yoldaşım tərəfindən nəvələrimin təhsili üçün mənim adıma «Unibank»da açdırdığı hesaba həbs qoyulub. Bu, həm Mətanətlə əlaqəli olan prosesdir, həm də QHT-ə vurulan ziyandır. Burda hamıdan çox ziyman mənə dəyib. Həm ailəmə, həm cibimə, həm də imicimə ziyan vururlar. Buna görə Avropa Məhkəməsinə müraciət edəcəm. Buna görə Azərbaycan hökumətindən kompensasiya alacağıma da əmirəm. Yadlarından çıxıb ki, mən təqaüd də alıram. Bütün şəxsi pullarımı ağlamaq istəyirlərsə, Səlim Müslümova tapşırıq versinlər, təqaüdümə də həbs qoysunlar».

M.Qəhrəmanlı korrupsioner rejimin korrupsiyaya qarşı mübarizə aparan təşkilatları suçlamasının anormal hal olduğunu da vurğuladı./azadlıq/
1367 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16,