Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Hacı Tale Bağırovun məhkəməsinin təfərruatı (Foto)

Buna səbəb vəkillərin məhkəməyə gəlməməsidir

İslamazeri.az-ın verdiyi xəbərə görə, mübariz ruhani Hacı Tale Bağırovun növbəti məhkəməsi Sabunçu rayon məhkəməsində bu gün 12:00-da başlayıb.
Məhkəmə zalına xeyli sayda şahid, 4-5 nəfər qohumları və 3 jurnalist buraxılıb.
Katib məhkəmədə iştirak edənlər barədə hakim Samir Əliyevə məlumat verib və bildirib ki, Hacı Tale Bağırovun vəkillərinin heç biri iştirak etmir. Katib deyib: "Onlarla əlaqə saxlanılıb. Vəkillərdən biri bu günkü iclasda iştirak etməyəcək, digəri isə gec gələcək".

Hacı Tale Bağırov: "Mən özüm vəkillərimin hüquqlarını məhdudlaşdırmışam. Nə qədər ki, məhkəmə ədalətli olmayacaq, vəsatətlər təmin edilməyəcək, məhkəmə iclaslarında vətəndaşların və jurnalistlərin iştirakı lazımi səviyyədə təmin edilməyəcək biz belə etiraz edədəcəyik. Vəkillərə mən tapşırmışam gəlməsinlər. Bura məhkəmə deyil. Supermarketdir. (Hakimə işarə edərək) Sizdə marketin işçilərisiniz. (Şahidlərə işarə edərək) Bunlarda canilərdir. Bura məhkəmə deyil, marketdir, rüşvətxorluq obyektidir."

Daha sonra hakim Samir Əliyev məhkəmə prosesini saat 14:00-a qədər təxirə salıb.

Deyilən vaxta məhkəmə iclası yenidən başlayıb. Yenə xeyli sayda şahid, 4-5 nəfər qohumları və 3 jurnalist məhkəmə zalına buraxılıb. Məhkəmə zalında jurnalistlər yenidən yoxlanışdan keçirilib. Kameraları təhvil alınıb və telefonları söndürülüb. Yalnız yazmağa imkan verilib.
Katib vəkillərlə əlaqə saxlanıldığını və iclasda heç birinin iştirak etməyəcəklərini hakimə bildirib.
Hakim Samir Əliyev, vəkillərin iştirakının təmin edilməsi üçün məhkəməni sabah saat 14:00-a təyin edib.

Beləliklə Hacı Tale Bağırovun növbəti məhkəməsi 1 noyabr saat 14:00-da Sabunçu rayon məhkəməsində keçiriləcək.

Məhkəmə zamanı bir neçə saxlanılıb və daha sonra sərbəst buraxılıblar.



2173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<