Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

İraq ordusu son sutkada 157 silahlını məhv edib

Mosulda isə endirilən aviazərbələrdə “İslam Dövləti”nə məxsus 12 neft maşının vurulduğu elan edilib

İraq ordusu və polisi son 24 saat ərzində ölkənin müxtəlif əyalətlərində apardığı hərbi əməliyyatlarda minimum 157 terrorçunu zərərsizləşdirib. İnterAz-ın SumariyaNews-a istinadla verdiyi xəbərə görə, bu barədə İraq silahlı qüvvələrinin baş komandanlığının sözçüsü Qasim Əta məlumat verib.

İraq hərbi rəsmisi Səlahəddin əyalətinin Tikrit şəhəri yaxınlığında yerləşən strateji “Sbaykr” hərbi qərargahına edilən hücum cəhdinin qarşısının alındığını deyib və burada hücuma keçən “İslam Dövləti” (DAİŞ) terror təşkilatının xeyli sayda canlı itki verdiyini qeyd edib.

Mosulda isə endirilən aviazərbələrdə “İslam Dövləti”nə məxsus 12 neft maşının vurulduğu elan edilib.

Qeyd edək ki, başda “İslam Dövləti” terror təşkilatı olmaqla bir sıra silahlı qruplaşmalar bir ay öncə Suriya ərazisindən İraqın Neynəva əyalətinə hücuma keçiblər. Hazırda Səlahəddin Diyala və əl-Ənbar əyalətlərində bəzi bölgələr radikal silahlıların nəzarəti altındadır. Ordu qüvvələri ilə itirilmiş əraziləri geri qaytarmaq üçün intensiv əməliyyatlar həyata keçirir.
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber