Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

Rufulla Axundzadənin vəkili Mədət Quliyevə müraciət edib

İslamçı məhbus ürək xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə müəssisəsinə köçürülməsini istəyir

Məhbus islamçı Rufulla Axundzadənin səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin rəisi Mədət Quliyevə məktubla müraciət edilib. Vəkil Anar Qasımlı “Media forum” saytına deyib ki, islamçı məhbus ürək xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə müəssisəsinə köçürülməsini istəyir.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

Rufulla Axundzadə cəzasını 15 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.
1445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı