Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Ukraynada 4 hərbçi həlak olub

Ukraynanın Luqansk vilayətində “BMP-2” piyadaların döyüş maşını minaya düşüb, 4 hərbçi həlak olub

Ukraynanın Luqansk vilayətindəki “Doljanski” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaxınlığında 4 ukraynalı hərbçi həlak olub.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə yerli İCTV telekanalı məlumat yayıb.

Məlumata görə, silahlı separatçılara qarşı antiterror əməliyyatda iştirak edən “BMP-2” piyadaların döyüş maşını minaya düşüb.

Bundan başqa, silahlılar Ukrayna ordusunun nəzarətində olan Donetsk aeroportunu minaatanlardan, qumbaraatanlardan və yük maşınlarına quraşdırılmış ZU-23-2 tipli zenit qurğularından atəşə tutublar. Hərbçilər tərəfdən itki olmadığı bildirilir. Hərbçilər cavab atəşi açıblar.
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!
21.07.17, 15:26
Ağcabədidə 24 yaşlı