Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Dənizə yıxılan 21 yaşlı gənc boğularaq ölüb

Dənizkənarı Milli Parkda dənizə yıxılan 21 yaşlı gənc boğularaq ölüb

Ötən gecə Dənizkənarı Milli Parkda 21 yaşlı gənc dənizə yıxılaraq boğulub.

Hadisə “Saat qülləsi”nin yaxınlığında baş verib. 21 yaşlı Cahangirov Xəyal Namiq oğlu dəniz kənarındakı dəmir məhəccərdən keçib və bu vaxt ayağı sürüşərək suya düşüb. Dostları və ətrafdakılar onu xilas eləməyə çalışsalar da, buna nail ola bilməyiblər. Xəyal dənizdə boğulub.

Yaxınlarının verdikləri məlumata görə, əslən Masallı rayonundan olan Xəyal Cahangirov hərbi xidmətdən təzəcə qayıdıbmış. Nişanlanmağa hazırlaşan gənc ailəsi ilə birlikdə Bakıya işləməyə gəlib. Dünən işdən çıxan Xəyal dostları ilə gəzməyə çıxıb. Anası onu bu fikrindən daşındırmağa çalışsa da, gənc oğlan dostları ilə gedib.

Dostlar Dənizkənarı Milli Parkda gəzərkən Xəyal dənizin kənarına gedib və hələlik məlum olmayan səbəblərdən dəmir məhəccəri dənizə tərəf keçib. Ayağı sürüşən 21 yaşlı gənc dənizə düşüb.

Dostları hadisə barədə Dənizkənarı Bulvar İdarəsinin mühafizəçilərinə və polisə xəbər veriblər. Amma həmin vaxt Xəyal artıq boğulubmuş.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə hadisə barədə məlumat verilib. Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları 21 yaşlı Xəyal Cahangirovun cəsədinin axtarışlarına başlayıblar./apa/
1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber