Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

İraqdakı terror hadisələrini Ərəbistan törədirmiş

İraq polisinin saxladığı terrorçular dindirmə zamanı etiraf ediblər ki, Səudiyyə Ərəbistanı Məhərrəm ayında İmam Hüseynin hərəmini ziyarət etmək üçün Kərbəla şəhirinə toplanacaq şiələrə qarşı kütləvi terror aktları törətmək niyyətindədir.

"əl-Aləm"in verdiyi məlumata görə, Bəsrə şəhəri üzrə təhlükəsizlik idarəsinin rəhbəri Cabbar əs-Saidi bildirib ki, Səudiyyə Ərəbistanından İraqa keçərkən həbs olunmuş "əl-Qaidə" terrorçuları Səudiyyənin tələbilə Məhərrəm ayında terror hadisəsi törətmək istədiklərini etiraf ediblər. O qeyd edib ki, bölgədə çoxlu sayda terrorçular var və bununla əlaqədar ciddi rejimdə çalışırlar.

Bundan başqa Əs-Saidi sərhəddə xidmət edən qəhrəman əsgərləri ölkənin təhlükəsizliyi və ictimai sabitliyi üçün terrorçuların sərhədi keçmələrinə icazə verilməməsinə diqqət etməyə çağırıb.
1855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber