Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Donetsk aeroportu uğrunda döyüşlər gedir

Donetsk aeroportu terrorçular tərəfindən “ZU-23M” özüyeriyən zenit sistemi ilə atəşə tutulub.

Bbu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, son gecə ərzində etirazçılar bir neçə hücum təşkil edib. Luqansk vilayətinin Rayqorodka və Staraya Krasnyanka yaşayış məntəqələrdəki blokpostların minaatanlardan atəşə tutulduğu bildirilir. Hərbi ekspert itki olmadığını qeyd edib.

Rusiya-Ukrayna sərhədində də vəziyyət gərgin olaraq qalır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, Rusiya ilə sərhəddə provokasiyalar davam edir. Dünən Ukrayna hava məkanında Rusiyanın altı vertolyotunun uçuşunun qeydə alındığı bildirilir.

Qeyd edək ki, Donetsk vilayətinin Seversk şəhəri azad edilib. Bununla belə, “İzvarino” və “Dovjanskiy” sərhəd nəzarət buraxılış məntəqələri, həmçinin Donetsk, Luqansk, Severodonetsk və Qorlovka şəhərləri etirazçıların əlindədir.
1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25
İsraillilər Netany