Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

İsrail qırıcılarının yanacağı Türkiyədən göndərilir

Qəzzadan atılan Suriya və İran istehsalı olan raketlər 20-dən çox İsrail şəhərini təhlükə altında saxlayıb.

İşğalçı İsrail ordusunun Fələstinin Qəzza bölgəsinə etdyi silahlı hücumlar nəticəsində 20-si qadın və uşaq olmala 48 nəfər dünyasını dəyişib. Bunun ardınca fələstinli mücahidlər İsrailə raket atəşləri ilə cavab verib və onlar ilk dəfə olaraq Tel-Əvivi vurub.

Türkiyənin “Aydınlıq” qəzetinin verdiyi xəbərə görə, İsrailin Fələstini qan gölünə çevirdiyi son günlərdə İsrailə məxsus reaktivlərin yanacağı Türkiyədən təmin edilir.

İddiaya görə, İsrailə gedən reaktiv yanacağı Mersin və Dördyol limanlarından göndərilir.

Ən diqqət çəkən məqam budur ki, yunan firmasına aid üzərində Malta bayrağı olan "MARINER A" tankeri 3 iyun-9 iyul tarixində Hayfa və Mersin arasında 7 səfər edib.
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...