Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Prokuror dindarlara ağır cəzalar istəyib

Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azadxeber.net" saytının baş redaktoru Nicat Əliyev və onunla birlikdə təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər və Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı Nicat Əliyevin Cinayət Məcəlləsinin 176.2.1 (4il), 234.1 (2 il), 281.2 (7il), 283.2 (4 il) maddələri ilə təqsirkar bilərək cəmi 10 il müddətinə azadlıqdan məhrum edilməsini hakimdən istəyib.

Dövlət ittihamçısı Elvin Nəsirov və Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalov, Samin Hüseynov və Valeh Abdullayevə 9 il, Əlimxan Hüseynova 7 il, Emin Tofiqli və Əli Əliyevə 6 il, Səfər Məmmədova isə 5 il həbs cəzasının verilməsini istəyib.

Vəkillər çıxış üçün hakimdən vaxt istəyib. Növbəti məhkəmə iclası 7 noyabr saat 10:30-a təyin olunub.
2112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı