Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Qazsız Biləsuvar

Biləsuvar rayonunun iki kəndi mavi yanacaq üzrə həsrət qalıb.

Günəşli və Ağayrı kənd sakinləri kəndlərə mavi yancağın verilməməsindən şikyətlənirlər. Sakinlərin sözlərinə görə, bu kəndlərə qaz xətləri tam çəkilməyib.

Bir-birindən heç də uzaqda olmayan yaşayış məntəqələrindən birində, Günəşli kəndində işlərin əksər hissəsi demək olar ki, yekunlaşıb. Sakinlər iddia edirlər ki, bir neçə ay əvvəl burada qaz verilməyi rəsmi şəkildə qeyd ediblər. Lakin indi kənd qazsız qalıb.

Hazırda kənddə barmaqla sayıla biləcək abonent qazdan yararlana bilir. Digər evlərə isə nə qaz xətləri çəkilib, nə də sayğac quraşdırılıb.

Biləsuvar rayonunun Günəşli kəndindən fərqli olaraq Ağayrı kəndinə isə nəinki mavi yanacaq verilmir, heç burada boru xətlərindən də söz gedə bilməz. Kəndlilər deyrilər ki, ərazinin qazlaşdırılması üçün kəndə bir neçə ay əvvvəl boru xətləri gətirilsə də, sonradan həmin borular avtomobillərə yüklənərək ərazidən daşınıb./ans/
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber