Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Abbas Abbasova qarşı hücumlar başladı

Baş nazirin keçmiş birinci müavini, “AzəRoss” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun Rusiya Xalqları Assambleyasının toplantısında etdiyi çıxışdan sonra Azərbaycan hakimiyyətinin hədəfinə gələcəyini yazmışdıq. Yazdıqlarımız təsdiqini tapdı. Qeyd edək ki, Abbas Abbasov toplantıda çıxışı zamanı SSRI-ni “doğma ölkə” adlandıraraq Sovet imperiyasının dağılmasına təəssüf etmişdi.

“Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRI adlı evimizi müxtəlif ”milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək", - deyə o, vurğulamışdı. Abbas Abbasov daha sonra bir qədər də irəli gedərək Rusiyada yaşayan azərbaycanlıları bu ölkəni qorumağa çağırmışdı: “Indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir”.

Əlbəttə ki, Abbas Abbasovun bu açıqlamaları Azərbaycanın maraqlarına ziddir. Keçmiş birinci müavinin SSRI-nin dağılmasına təəssüflənməklə faktiki olaraq Azərbaycanın müstəqilliyinin əlehyinə olduğunu nümayiş etdirib. Lakin Abbas Abbasovun hədəfə gəlməyinin əsas səbəbi bu deyil. Bu sadəcə onu “vurmaq” üçün hakimiyyətin əlinə düşən əla fürsətdir. Abbas Abbasovla Azərbaycan iqtidarının münasibətlərinin gərginləşməsinin kökündə isə Kremlin ondan hakimiyyətə qarşı istifadə edə biləcəyi barədə ehtimallar dayanır. Hakimiyyət hələ “Milyarderlər Ittifaqı” yarananda Abbas Abbasova qarşı hücuma keçmişdi. Bu hücumlar onun Azərbaycandakı biznesinin çökdürülməsi, yaxınlarının təzyiqlərə məruz qalması şəklində baş verirdi. Bir qədər əvvəl gərginlik səngimişdi. Lakin Abbas Abbasovun məlum çıxışı hücumun növbəti dalğasının başlanmasına rəvac verib.

Artıq yenə də hakimiyyət yönlü qəzetlərdə Abbas Abbasovun ünvanına ittihamlarla dolu yazıların dərcinə başlanılıb. Güman ki, bu dəfə kampaniya daha uzun müddətli və sarsıdıcı olacaq./azadlıq/
1327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15