Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Mirvari Qəhrəmanlının maliyyə hesablarına həbs qoyuldu

“Rəhbəri olduğum qurumun hesabına və şəxsi hesabıma həbs qoyulmasını ancaq bu günlərdə bilmişəm”.

Bunu "Turan"a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, iyulun 8-də Nəsimi Rayon Məhkəməsi belə bir qərar çıxarıb. Həmin qərarla M.Qəhrəmanlının sədri olduğu komitəinin hesabına, öz şəxsi hesabına, habelə ailənin cari xərcləri üçün M.Qəhrəmanlının həyat yoldaşının banka qoyduğu depozitlərə həbs tətbiq edilib.

“Hüquq-mühafizə orqanları bircə pensiyama həbs qoymayıb, o da yəqin yadlarından çıxıb...”, - deyə M.Qəhərmanlı hakimiyyətin təzyiqlərinə ironiyasını ifadə edib.

O, qeyd edib ki, həbs tətbiq edilən hesab mədən sənayesində şəffaflıq məsələsilə bağlı layihənin icrasına aid idi. Layihəni Avropa Demokratiyaya Yardım Fondu maliyyələşdirib. Bu məsələ ilə bağlı komitə məhkəmə iddiası hazırlayır. Nəticə etibarilə Avropa Məhkəməsinə çıxmağa çalışır.

“Nəyi də əlimizdən alsalar, düşüncəmizi, ağlımızı əlimizdən ala bilməyəcəklər və biz də öz işimizi əvvəlki kimi davam etdirəcəyik”, - M.Qəhrəmanlı fəaliyyətindən geri çəkilməyəcyini söyləyib.

Eyni zamanda hüquq müdafiəçisi bu addımı hüquq-mühafizə orqanlarının bir ailənin üzərinə aşırı təzyiqi kimi dəyərləndirib.
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24