Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

İsrailin Qəzzaya hücumu davam edir: 95 ölü, 650 yaralı

İşğalçı İsrail ordusunun hava və dənizdən Qəzzaya endirdiyi zərbələr 4-cü gününə daxil olub. İnterAz-ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, həlak olan fələstinlilərin arasında 22 uşaq, 15 qadın və 12 yaşlı insan var.

Məlumata əsasən, dünən axşam və gecə saatlarında Qəzzanın şimal və mərkəz bölgələrinə yenə şiddətli aviazərbələr endirilib. Aviazərbələr Qəzza şəhərinin əz-Zeytun rayonunda isə bir avtobusu hədəfə alıblar. Şəhərdə yerləşən bir xəstəxana da zərbələrə məruz qalıb.

Qəzzədən atılan raketlər nəticəsində isə cəmi 18 sionist israilli yaralanıb.

Qeyd edək ki, dünən İsrail ordusunun baş komandanlığı Qəzzaya qurudan hücuma razılığını verib.
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11