Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Ukrayna ordusu ölkənin şərqində ağır itki verib

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində - antiterror əməliyyatının keçirildiyi zonada ağır itki verib.

UNİAN agentliyinin verdiyi məlumata görə, Rusiya ilə həmsərhəd Luqansk vilayətinin Zelyonopolye kəndinin ərazisində terrorçuların “Qrad” qurğularından açdığı ardıcıl atəşlər nəticəsində çoxlu sayda Ukrayna əsgəri həlak olub və yaralanıb.

Antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov faktı təsdiqləsə də, həlak olanların və yaralananların dəqiq sayını söyləməyib. O, bu haqda daha sonra məlumat veriləcəyini söyləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko isə itkilərin dəqiqləşdirildiyini və axşam dəqiq rəqəmin açıqlanacağını bildirib.
1032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
15.01.17, 09:51