Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

İsrail və HƏMAS qarşılıqlı hücumları davam etdirib

İşğalçı İsrailin Qəzza zolağına iki hava zərbəsi endirməsi nəticəsində daha 5 fələstinli ölüb.

HƏMAS təşkilatı İsrailin bu hücumunu cavabsız qoymayıb.

Ancaq İsrailə atılan raketlər Tel-Əvivdə havadaykən vurulub. HƏMAS-ın hücumu ilə bağlı paytaxtda “Həyəcan siqnalı” verilib. Raketlə vurulması güman edilən yerlərdə əhali sığınacaqlara yerləşib.

Amma önləyici tədbirlərə baxmayaraq HƏMAS İsrailin Aşdod şəhərində yanacaq doldurma məntəqəsini vurub. Partlayış zamanı 3 nəfər yaralanıb. Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Aşdoda gələrək araşdırmalara başlayıblar.
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...