Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Qahirədə toqquşmalar zamanı 2 nəfər ölüb

İyulun 11-də Misirin paytaxtı Qahirədə polislə islamçılar arasında baş vermış toqquşmalar zamanı 2 nəfər ölüb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, islamçı hərəkatların fəalları paytaxtda yanacağın bahalaşmasına qarşı etiraz yürüşü keçiriblər.

İğtişaşlar zamanı 67 yaşlı kişi və 16 yaşlı yeniyetmə oğlan öldürülüb.

Qeyd edək ki, etiraz aksiyaları Misirin digər şəhərlərində də baş verib. Onlarla adamın saxlanıldığı bildirilir.

Məlum olduğu kimi, bu yaxınlarda Misirdə benzin və dizel yanacağının qiyməti 40-80% artıb.
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.1