Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Yaralıları görən həkimlər özlərindən gedib - Foto

Bu gün Luqansk vilayətinin Zelnopole kəndi yaxınlığında gedən gərgin döyüşlər zamanı ağır yaralanan 9 ukraynalı hərbçi Meçnikov adına Dnepropetrosk vilayət xəstəxanasına yerləşdirilib.

Ukrayna mətbuatının xəbərinə görə, onlardan 3-ü ölümcül, digərləri isə ağır vəziyyətdə olub.

Ağır vəziyyətdə olan əsgərləri qəbul edən həkimlər gördüklərindən şoka düşüb. Onlar bildiriblər ki, bu vaxta qədər bir çox ağır yaralı görsələr də, sözügedən əsgərlər sanki cəhənnəmdən gəlmiş hərbçilər təsiri bağışlayıblar. Qeyd olunub ki, hətta tibb bacısından biri hüşunu itirərək, özündən gedib. Əsgərlərdən biri hər iki gözünü itirib, bədəni yanmış vəzyyətdə olub. Digərinin isə hər iki ayağı təcili amputasiyaya məruz qalıb. Bütün bunlara baxmayaraq, vilayət xəstəxanasının baş həkimi Sergey Rijenko bir qədər nikbin danışıb. İlkin saatlarda ölümlə savaşan əsgərlərin hardan gətirildiyinə aydınlıq gətirilməsə də, günün ikinci yarısında onların səhər saatlarında Luqansk vilayətindəki döyüşlərindən gətirildiyi bəlli olub.

Bu arada Zelnopole kəndi yaxınlığında terrorçuların "Qrad" qurğusundan açdıqları atəş nəticəsində faciəvi şəkildə həlak olan ukraynalı əsgərlərin hərbi texnikasının görüntüləri paylaşılıb.

Xatırladaq ki, 30-dan çox əsgər ölüb, 100 nəfər hərbçi ağır yaralanıb. Faktı Daxili İşlər nazirinin köməkçisi Zoryan Şkiryak təsdiqləyib. Sosial şəbəkə istifadəçilərinin verdiyi məlumata görə, terrorçular ukraynalı əsgərlərə 24 saylı mexanikləşdirilmiş briqadadan atəş açıblar. Bundan başqa, Ukrayna ordusunun 79 saylı briqadası da qarşı tərəfin ciddi təzyiqi ilə üz-üzə qalıb./axar/




1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı