Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Aktyor intihara cəhd etdi: sabah aksiyadır

Mingəçevir Dram Teatırının bir qrup aktyoru sabah 10:30-da işdən azad edilmələrinə etiraz olaraq aksiya keçirəcəklər.

Bu haqda teatırın işdən azad edilmiş aktyoru İbrahim Salamov məlumat verib. Onun dediyinə görə, Mədəniyyət və Turizim nazirinin müavini Ədalət Vəliyevin tapşırığı ilə bir qrup aktyor qanunsuz olaraq işdən azad edilib. Hətta vəziyyət o həddə gəlib ki, İbrahim Salamov özünü Mingəçevir Dram Teatırının binasından yerə atmaqla intihar etmək istəyib. Lakin əraziyə gələn polislər intiharın qarşısını alıblar.

"Dram Teatırının drektoru Səxavət Məmmədov Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin tapşırığı ilə bizi, bir qrup aktyoru heç bir əsas olmadan işdən çıxarıb. İndi də yerdə qalan və rəhbərliyin "tələblərinə" cavab verməyən aktyorları ləkələməyə çalışırlar. Biz artıq Mingəçevir İcra Hakimiyyətinin mədəniyyətə cavabdeh şəxslərinə, Mədəniyyət İşçilərinin Həmikarlar İttifaqına da müraciət etmişik. Heç kim bizim tələbimizə qulaq asmır. Biz sabahdan etibarən aksiyalara başlayacağıq. Heç kim bu qanunsuzluğu ört-basdır edə bilməz"./avropa/
1456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP