Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Netanyahu qorxusundan konfrans zalından qaçdı

Sionist mətbuatı: Təl-Əviv raket atəşinə tutuldu, Netanyahu qorxusundan konfrans zalından qaçdı

Xəbər verdiyimiz kimi, sionist İsrail rejimi Qəzzaya havadan və qurudan zərbələr endirir. Son məlumatlara görə, Qəzzada həlak olanların sayı 103-ə yüksəlib.

Sionist İsrail rejiminin hücumlarına cavab olaraq Qəzzadan İsrail rejiminin ərazilərinə raket zərbələri endirilməkdədir.

İsrail rejiminin mətbuatının verdiyi məlumata görə, Qəzzadan bu gün sionistlərin paytaxtı Təl-Əviv şəhərinə 4 raket zərbəsi endirilib. Həmçinin sionist mətbuatı iddia edir ki, Təl-Əvivə atılan raketlərdən biri İran istehsalı olan "Fəcr" raketi olub. Məhz "Fəcr" raketinin partlayış səsi şəhərin demək olar ki, hər tərəfində eşidilib. Sionistlər təşvişdədirlər. Hətta yayılan məlumatlarda bildirilir ki, sionist baş nazir Netanyahu deputatlar və digər dövlət rəsmiləri ilə birgə keçirdiyi iclasda anidən gələn həyəcan siqnalı ilə qorxuya düşüb. Paytaxt Təl-əvivdə keçirilən toplantıda raketlərin yaxınlaşdığını bildirən siqnaldan sonra Netanyahu və rəsmilər yaxınlıqdakı sığınacağa qaçıblar.
Həmçinin yayılan məlumatlara görə, Qəzza ilə sərhəddəki İsrail rejiminin hərbi postunun bombardıman edilməsi nəticəsində 2 sionist əsgəri öldürülüb, 3 əsgər yaralanıb.
Qəzzadan atılan daha bir raket İsrail rejiminin Seba qəsəbəsinə düşüb: 1 sionist ölüb, 2-si ağır olmaqla 5-i yaralanıb.

İsrail rejiminin Aşdod və Sderot məntəqələrinə 7 ədət Grad ve 107 raket atılıb./deyerler/
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber