Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Azərbaycanda təhsillə bağlı biabırçı statistika

2012-ci ildə 117 min nəfər şagird IX sinif üzrə buraxılış imtahanı verib və onlardan 85 mini bu il keçirilən buraxılış imtahanında iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, XI sinif üzrə buraxılış imtahanında iştirak etməyən şagirdlərdən 5 mini orta ixtisas məktəblərində, 5 mini peşə liseyində oxuyur. Təxminən 150 şagird isə 10-cu sinifdə qalıb. 2012-ci ildə IX sinifdə “Ana dili”ndən “iki” alanların sayı 19-20 faiz idisə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edənlərin 16%-i “Ana dili”ndən “iki” alıb. Riyaziyyatdan 2012-ci ildə iki alanların sayı 32 faiz olub, bu il onların sayı təxminən 19-20 faizdir. Bu faizinin azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib.

2012-ci ildə IX sinfə imtahan verərək “iki” alan və bu ildə XI sinif üzrə buraxılış imtahanında iştirak edənlərin 45 faizi yenidən “iki” alıb. Onların 47 faizi “3”, 7 faizi “4”, hətta 1 faizi “5” alıb: “Bu, “Ana dili”ndən olan nəticələrdir. Bu iki il ərzində oxumaq istəyən uşaqlar öz üzərində işləyiblər. Nəticədə onların 45 faizinin nəticəsi eyni səviyyədə qalıbsa da, qalanları öz nəticələrini müsbətə doğru dəyişiblər.

2012-ci ildə 9-cu təhsil bazası üzrə keçirilən buraxılış imtahanında “Riyaziyyat”dan “iki” alan şagirdlərin 42 faizi bu il 11-cı sinif üzrə keçirilən buraxılış imtahanında da eyni nəticəni göstəriblər. İki il əvvəl 9-cu sinif məzunu olmuş həmin 11-cı sinif şagirdlərinin 44 faizi “üç” , 12 faizi “dörd”, 1,5 faizi isə “beş” qiyməti alıb.

2012-ci ildə buraxılış imtahanında 3 qiyməti alanların 52 faizinin “Ana dili”ndən, 42 faizinin isə “Riyaziyyat”dan nəticəsi 11-ci sinifdə də həmin səviyyədə qalıb. 2012-ci ildə imtahan vermiş şagirdlərin 24 faizi “Ana dili”ndən, 35 faizi “Riyaziyyat”dan dörd qiyməti alıb və iki il ərzində öz nəticələrini yaxşılaşdırıblar. 5,1 faiz “Ana dili”ndən, 6,4 faizi isə “Riyaziyyat”dan “beş” qiyməti alıb.

Şagirdlərin 30 faizi iki il öz üzərində işləyərək “Ana dili”ndən, 40 faizdən çoxu “Riyaziyyat”dan öz nəticələrini yaxşılaşdırıb. Amma 17,8 faiz “Ana dili”ndən, 16,4 faizi “Riyaziyyat”dan öz nəticəsini pisləşdirib və 11-ci sinif buraxılış imtahanında iki qiyməti alıb.
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44
Ayətullah Xam