Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Ədviyyatlar hansı dərdimizə dərmandır?

Mixək həzmi yaxşılaşdırır, ağız boşluğunda pis qoxunu aradan qaldırır, mədə və böyrəyin fəaliyyətinə müsbət təsir göstərir. Mixək toksinləri neytrallaşdırmaqla yanaşı, həmçinin qanı təmizləyir, yaddaşı gücləndirir, beyində qan dövranını tənzimləyir. Bu ədviyyatın ürəyə də müsbət təsiri var.

Ədviyyatlar və onların orqanizmə təsiri


Zəncəfil və sarımsaq arıqlamağa kömək edir. Bu məhsullar yeməkdən sonra qısamüddətli də olsa maddələr mübadiləsini gücləndirir. Onların sayəsində orqanizmdən əlavə kalorilər xaric olunur.

Ədviyyatlar və onların orqanizmə təsiri


Kimyon və şüyüd öskürəklə mübarizədə faydalıdır.

Ədviyyatlar və onların orqanizmə təsiri


Nanə ürəkbulanma və başağrısının qarşısının alınmasında yaxşı vasitədir.

Ədviyyatlar və onların orqanizmə təsiri


Cəfəri izafi mayeni bədəndən çıxarır və həzmi asanlaşdırır.

Ədviyyatlar və onların orqanizmə təsiri


Razyana qarında köpü azaldır. Tərkibindəki efir yağları sayəsində bağırsağın fəaliyyəti aktivləşir, xroniki qəbizliklə mübarizədə kömək edir. 

Ədviyyatlar və onların orqanizmə təsiri


Darçının tərkibində müxtəlif fenollar var- orqanizmi zökəmdən qoruyan və şəkər xəstəliyi ilə mübarizə aparmağa kömık edən təbii antioksidantlar mövcuddur. 

Ədviyyatlar və onların orqanizmə təsiri


Hil təravətləndirir və gümrahlandırır, həzmi asanlaşdırır. Ürək-damar xəstələrinə faydalı olan hil ağrıları azaldır, beyində qan dövranını yaxşılaşdırır, damarlarda qıcolmaları azaldır, qalxanabənzər vəzinin funksiyasını tənzimləyir. Hili çay, kofe və ətli yeməklərə əlavə edirlər. 

Ədviyyatlar və onların orqanizmə təsiri


Sarıkök iştahı azaldır, yaraları tez sağaldır, antibakterial təsirə malikdir.

Ədviyyatlar və onların orqanizmə təsiri


Çili bibəri qanı təmizləyir, bağırsaqdakı mikrobları öldürür, qəbizliyi aradan qaldırır. Qan dövranını artıran bibər trombların qarşısını alır, tər vəzilərini təmizləyir. Tərkibində zəngin vitamin C olan Çili bibəri tərlədici təsirə malikdir. Soyuqdəymə zamanı istifadə məsləhətlidir.

Ədviyyatlar və onların orqanizmə təsiri


Qara istiot yaddaşı gücləndirir. Beyin damarlarını təmizləyən istiot beyində qan dövranını da tənzimləyir, ürək ağrısının azalmasında faydalı hesab olunur.

Ədviyyatlar və onların orqanizmə təsiri

1469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56