Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Maradona: “O, qorxaqın biridir”

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona keçmiş kürəkəni olan “Mançester Siti”nin futbolçusu Serxio Aqueranı qorxaq adlandırıb.

Dünən 53 yaşı tamam olan Maradona bir televiziya proqramına zəng edərək bu dəfə də argentinalı hücumçu haqda mənfi fikirlər səsləndirib.

Belə ki, nəvəsinin vəkalət məsələsi səbəbindən qızı ilə məhkəmə çəkişməsində olan Aquera barədə əfsanəvi oyunçu bunları deyib: “Mən məhkəməyə gəlib kimin haqlı olub-olmadığını deməyəcəm. Aquera kişidirsə, meydana çıxsın. Qızım onun etdiyi kimi kimsədən qorxmamalıdır. Növbəti dəfə orada olacam. Görüm mənim yanımda o bir söz deyə biləcəkmi? Onun adını belə çəkmək istəmirəm. Çünki qorxaqın biridir”./Qol.az/
2075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 15:48