Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Dünya birinciliyində hakimlər 200 dəfə səhv qərar çıxarıb

Braziliyada keçirilən futbol üzrə dünya birinciliyini idarə edən hakimlərin qəbul etdikləri 1856 qərarın 200-ü yanlış olub.

“İTAR-TASS”-ın məlumatına görə, FİFA-nın Hakimlər Departamentinin başçısı Massimo Buzakka onların işindən razı qaldıqlarını bildirib.

“Düyna birinciliyində keçirilən 62 oyunda hakimlər 1856 dəfə çeşidli qərar qəbul edib. Onların 200 səhv olub. Futbol inkişaf edir və onun hakimləri də yerində durmur. Biz oyunun artan tələblərinə cavab verməyə çalışırıq, ancaq futbolçular səhv etdikləri kimi bizim də buna haqqımız var.

Qeyd etmək istəyirəm ki, bütövlükdə yarışdakı hakimlərin işinin keyfiyyətindən komitə razıdır. Ən əsası onların özlərinə hörmət etməsidir. Yarışdan öncə biz komandalarla görüşlər keçirdik, görünür, pedoqoji cəhətdən bunun çox yaxşı nəticəsi olub. Biz həm oyunçular, həm də hakimlərin biri-birinə hörmət etməsinə nail olduq” -deyə, Massimo Buzakka vurğulayıb.

Xatırladaq ki, Almaniya ilə Argentina arasında final oyunu iyulun 13-də Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda keçiriləcək. Oyunu Nikol Risssolinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.
1708 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41