Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Kərkükdə İŞİD-in nəhəng karvanı məhv edilib

Kərkükdə İŞİD-in nəhəng karvanı məhv edilib: 50-yə qədər terrorçu öldürülüb

İŞİD terror qruplaşmasının Kərkükdə yerini dəyişmək istəyən nəhəng karvanı İraq Ordusu tərəfindən məhv edilib. Rəsmi mənbələrdən verilən xəbərə görə, ordunun bu uğurlu əməliyyatı Kərkükün cənubundakı Süleyman bəy rayonunda baş tutub. Əməliyyat zamanı xeyli sayda terrorçunun da məhv edildiyi bildirilir.

İraq Silahlı Qüvvələri Diyalə vilayətində gözlənilmədən İŞİD qərargahına hücum əməliyyatı keçirib. Yerli KİV-lərin verdiyi xəbərə görə, keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının bölgədəki 24 aparıcı üzvü öldürülüb.

Əməliyyatla bağlı ordu rəsmisi deyib: “Hücum zamanı İŞİD xeyli canlı və texnika itkisi verib. Əməliyyat bu gecə yarısı həyata keçirilib. Həmçinin ordumuz Neynəvada həyata keçirilən əməliyyatlarda da 14 terrorçunu məhv edib"./deyerler/
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP