Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Oruclarını zorla pozdurdular

Çində uyğur türklərinin yaşadığı Sincan bölgəsində oruc tutmuş bəzi universitet tələbələri müəllimlər tərəfindən zorla yeməyə məcbur edilir.

Məcburi orucpozma müsəlman məmurlara və tələbələrə Ramazan ayı boyunca tətbiq edilən rəsmi oruc qadağası çərçivəsində gerçəkləşdirilir. Adlarının açıqlanmasını istəməyən üç universitet tələbəsi bildirib: "Əgər yemək qəbul etməsək, normal həyat sürə bilməyəcəyimizi deyirlər".

Kaşqar Universitetində oruc tutmağa israr edən tələbələrə yazılı xəbərdarlıq edilib, onlara həm də karyera həyatları ilə bağlı təhdidlər edilib. Tələbələr bildirir ki, bu cür qadağanlar müsəlmanlara qarşı əvvəllər də tətbiq edilib. Əvvəlki illərdə Ramazan ayında oruc tutanlar diplomlarını hələ də ala bilməyblər.

P.S. Azərbaycanda da saqqallı tələbələri imtahandan məhrum edirlər.
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP