Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2014

Hollandiya da Braziliyanı əzdi

Braziliyada təşkil olunan futbol üzrə XX dünya çempionatında bürünc medalların sahibi müəyyənləşib.

Üçüncü yer uğrunda görüşdə meydan sahibləri Hollandiya ilə qarşılaşıblar.

Yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra Braziliyanın bu qarşılaşmadan qalib ayrılıb, bürünc medala sahib çıxmaqla günahını qismən yuyacağı gözlənilsə də, hər şey əksinə olub. Qapısında erkən qol görən “samba”çıları “narıncılar” fasiləyədək daha bir dəfə cəzalandırıb.

Əvvəlcə 2-ci dəqiqədə penaltidən van Persi, 15 dəqiqə sonra isə Blindin zərbəsi dəqiq olub. Braziliyalıların ikinci yarıda buraxılan qolların əvəzini çıxmaq cəhdi isə heç bir fayda verməyib. Əvəzində matçın əsas vaxtına əlavə edilmiş birinci dəqiqəsində Veynaldum hollandların üçüncü qolunu vurub.

Bununla ardıcıl 2 oyunda 10 qol buraxan Braziliya “bürünc”ü də əldən verib. Hollandiya millisi isə okeanın o tayından vətənə medalla qayıdır.
DÇ-2014

III yer uğrunda oyun

Braziliya – Hollandiya - 0:3
Qollar: Van Persi, 2 (pen); Blind, 17; Veynaldum, 90+1
1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...