Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2014

ABŞ-da silahlı insident - 2 nəfər ölüb

Çikaqoda atışma nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb

ABŞ-ın Çikaqo şəhərində baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, insident şəhərin baptist kilsəsinin yaxınlığında, avtomobil dayanacağında baş verib.

Kilsənin saytında dərc edilmiş məlumata əsasən, atışma kilsənin 117-ci ildönümü münasibəti ilə təşkil olunmuş bayram tədbiri zamanı baş verib. Bayram tədbiri zamanı yüzlərlə insan kilsədə və onun ətrafında toplanıb. Polisin məlumatına görə, 47 yaşlı kişi 2 nəfərlə mübahisə etdikdən sonra tədbiri tərk edib. Az sonra qayıdan cinayətkar avtomobildən kilsənin qarşısında toplaşmış insanlara atəş açıb./apa/
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35
BU