Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2014

İşğalçı İsrail ordusu Qəzzaya girmək istəyir

İşğalçı İsrail ordusu Qəzzada quru əməliyyatlara başlayıb.

Artıq İsrail xüsusi təyinatlıları Fələstin ərazisində irəliləməkdir. Fələstinlilərlə İsrail ordusu arasında döyüşlər başlayıb. "HƏMAS"la toqquşmalarda 4 İsrail əsgərinin yaralandığı bildirilir. Fələstin tərəfindən nə qədər itki verildiyi barədə məlumat hələ verilməyib.

Bu arada yayılana məlumata görə, İsrailin pilotsuz hərbi təyyarəsi Qəzzanın cənubunda yerləşən Milli İslam Bankının binasını bombalayıb.

Qeyd edək ki, İsrail ordusunun Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 163 nəfər ölüb, 1085 nəfər isə yaralanıb.
1041 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber