Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

ABŞ-da yenə də silahlı insident

ABŞ-ın Tennessi ştatında məktəb direktoru şagirdlərə atəş açıb

ABŞ-ın Tennessi ştatında orta məktəb direktoru şagirdlərə odlu silahdan atəş açıb. APA-nın New York Post qəzetinə istinadən verdiyi xəbərə görə, direktorun bu cür qəzəblənməsinə səbəb məktəblilərin onun evinə tualet kağızı atması olub.

Məlumata görə, silahlı insident nəticəsində 15 yaşlı şagird əl və ayaq nahiyəsindən bir neçə güllə yarası alıb.

Qeyd edək ki, yeniyetmələr mülkiyyət sahəsinə daxil olmadıqlarından direktora qarşı silahlı hücum törətməkdə ittiham irəli sürülüb.

Direktor 125 min dollar məbləğində girov müqabilində azadlığa buraxılıb.
1997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP