Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2014

Ermənilər "azərbaycanlı diversant"ın fotosunu yaydı

Ermənilər Kəlbəcərdə öldürüldüyü deyilən “azərbaycanlı diversant”ın fotosunu yaydı

Qondarma “DQR müdafiə nazirliyi” Kəlbəcərdə öldürüldüyü iddia olunan “azərbaycanlı diversant”ın, habelə ona aid olduğu bildirilən silah-sursatın fotosunu yayıb. Lakin həmin şəxsin kimliyi barədə hər hansı məlumat yoxdur.

Epress.am saytının xəbərində deyilir ki, iyulun 11-də axşam Kəlbəcər rayonunun Ermənistanın Qeqarkunik rayonu ilə sərhədində “azərbaycanlı diversant” içərisində bir hərbçi və bir qadın olan “Niva” avtomobilinə atəş açıb. Nəticədə hərbçi ölüb, qadın isə ağır yaralanıb. Yaralı erməni qadın vertolyotla İrəvan qarnizon hospitalına aparılıb. Vardenisdəki mənbələr “Niva”ya atəş açanların “azərbaycanlı diversantlar” olduğunu bildirib. Məlumata görə maşında dörd nəfər olub və atışmada “azərbaycanlı diversant” öldürülüb. Vardenis sakinləri arasında belə şaiyələr dolaşır ki, diversiya qrupunun qalan üzvləri hələ də Qarabağla Ermənistan arasındadır.

Xəbər verildiyi kimi erməni mənbələri iyulun 9-da Kəlbəcərdə “diversant” kimi təqdim etdikləri Tərtər rayon sakini, 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlunu tutduqlarını açıqlayıblar. Daha sonra həmin şəxsin fotosu və ona aid olduğu iddia edilən silah-sursatın görüntüləri yayılıb. Azərbaycan tərəfi bildirib ki, Kəlbəcərdə saxlanılan şəxs hərbçi deyil, Bakıda yaşayıb və yük maşını sürücüsü işləyirdi.

Erməni mənbələri Kəlbəcərdə iki azərbaycanlı “diverant” gördüklərini, onlardan birinin saxlanıldığını, digərinin qaçmağa imkan  tapdığını açıqlamışdılar. Bu gün isə Ermənistan müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə “azərbaycanlı diversantların qrupunun” zərərsizləşdirilməsi əməliyyatı zamanı bir zabitin öldürüldüyünü, bir nəfərin isə yaralandığını, habelə azərbaycanlı “diversant”ın atışmada zərərsizləşdirildiyini bildirib./virtualaz/

1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber