Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2014

1 gündə 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb - Bakı yollarında

İyulun 12-də Bakıda baş vermiş yol qəzalarında 4 nəfər həlak olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, gün ərzində 5 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həlak olan 4 nəfərdən başqa daha 10 nəfər ağır bədən xəsarətləri alıb.

Dünən Suraxanı rayonunda, Hövsan qəsəbəsi yaxınlığında "VAZ" markalı minik avtomobili ilə "İsuzu" markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Ölənlərdən ikisi yeniyetmə bacı-qardaşdır. Ölümlə nəticələnən digər qəza Sabunçuda qeydə alınıb. Burada avtomobilin vurduğu piyada yerindəcə keçinib.
1280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP