Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

İraqda 23 nəfər terror aktların qurbanı olub

Oktyabrın 31-də İraqda törədilmiş terror aktları 23 nəfərin həyatına son qoyub, 20-dək insan yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Baakübə şəhərində (Bağdaddan 50 km şimal-şərqdə) yerləşən avtomobil salonunun yaxınlığında terrorçu-kamikadze özünü partladıb. Daha bir partlayış şəhərin mərkəzi küçəsində baş verib. Partlayışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bundan başqa Əl Mukdadiyə şəhərinin mərkəzi meydanında avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb. Duz-Xurmatu şəhərinin bazarında terrorçu-kamikadze özünü partladıb, nəticədə 7 nəfər ölüb.
2171 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber