Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2014

Qısqanc ər 28 yaşlı arvadını amansızlıqla öldürdü

Ağcabədidə ər arvadını qətlə yetirib. Hadisə iyulun 13-də Ağcabədi şəhəri Qarabağ küçəsi ev 17 ünvanında baş verib.

Şəhər sakini, 1978-ci il təvəllüdlü İsgəndərov Ərəstun Nizami oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü İsgəndərova Lalə Səfər qızını bıçaqla öldürüb.

Məlumata görə, hadisə baş verən vaxt Ə. İsgəndərov sərxoş olub.

Onun bu əməli qısqanclıq zəminində törətdiyi bildirilir.

Lalə İsgəndərova ərinin həm də əmisi qızıdır./apa/
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP