Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

Almaniya futbol üzrə dünya çempionatının qalibi olub

Braziliyada keçirilən futbol üzrə dünya çempionatına yekun vurulub.

1 ay öncə start götürən XX mundialın final matçı Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda baş tutub.

İtaliyalı baş hakim Nikolla Ritsollinin idarə etdiyi həlledici görüşdə Almaniya və Argentina yığmaları qarşılaşıb. Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib.

Əlavə vaxtın ikinci hissəsində almanlar hesabı açmağa nail olublar. Məhz bu qol Bundestimə qızıl medalları qazandırıb.

Qeyd edək ki, bu, Almaniyanın dördüncü dünya çempionluğudur. Avropa təmsilçisi bundan öncə daha üç dəfə - 1954, 1974 və 1990-cı illərdə kuboka sahib çıxıb.

Argentinalılar isə 1978 və 1986-cı illərdə dünya çempionu adını qazana bilib.


14 iyul

Final

Almaniya – Argentina - 1:0
Qol: Mario Götze, 114

Baş hakim: Nikola Ritsolli

Rio-de-Janeyro. «Marakana» stadionu
1308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı