Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

“Bakı müharibəyə başlasa, Moskva Qarabağı alacaq”

Tarasov: “Bakı müharibəyə başlasa, Moskva Qarabağı alacaq”

“Hazırda Bakının qarşısında Qarabağ konfliktinin həlli ilə bağlı iki variant var”.

Bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, Qarabağda müharibənin başlamasının regionda vəziyyəti dəyişəcəyini bildirib:

“Bunlardan birincisi Qarabağın - Krım variantında olduğu kimi - tarixi köklərə əsaslanaraq, onu Rusiyanın öz tərkibinə qatmasıdır. Bakının BMT-də Rusiya əleyhinə qətnamənin xeyrinə səs verdiyi zaman bu imkandan öz maraqları çərçivəsində istifadə edəcəyi istisna edilmirdi. İkinci variant isə Azərbaycanın müharibə variantını seçməsidir. Bakı və İrəvan arasındakı müharibə nəinki regionda vəziyyəti gərginləşdirə bilər, hətta Gürcüstan variantını təkrarladar. Yəni Azərbaycanın addımı Qarabağın tanınmasına səbəb ola bilər. Ortada bir fakt var ki, ilk belə addımı Rusiya atacaq. Ona görə də Minsk Qrupu vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan Paris görüşünün intriqalarla dolu olacağı gözlənilir. Uorlik bütün tərəflərin fikirlərinin üst-üstə düşdüyünü desə də, biz Fransanın dolayısı yolla Moskva tərəfindən səslənmiş bəyanatı tənqid etdiyini görmüş oluruq. Bakı isə öz növbəsində Moskvanın əleyhinə olaraq Minsk Qrupunun saxlanılmasının vacib olduğunu bildirir. Görünür, Qarabağ ruleti hələ də fırlanır və getdikcədə sürətini artırır”./axar/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı