Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

İşğalçılar Qarabada yol təmir edəcək

Ermənistan hakimiyyəti 2014 ildə Ermənistandan Dağlıq Qarabağa aparan ikinci yolu əsaslı təmir etməyə planlaşdırır

Ermənistan hakimiyyəti 2014 ildə Ermənistandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə aparan ikinci yolu – Basarkeçər–Ağdərə (Vardenis-Mardakert) yolunu əsaslı təmir etməyə planlaşdırır.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə oktyabrın 31-də jurnalistlərə açıqlamasında Ermənistanın Qeqarkunik vilayətinin qubernatoru Rafiq Qriqoryan bildirib.

Onun sözlərinə görə, Basarkeçər–Ağdərə yolunun təmiri zamanı, paralel olaraq, Göyçə gölünün şimal sahilini qeyd olunan yolla birləşdirən Şorju– Basarkeçər-Zod (Sotk) yolunun əsaslı təmiri də nəzərdə tutulub. Hazırda, Basarkeçər–Ağdərə yolunda nəqliyyat vasitələri çətinliklə hərəkət edir, qış aylarında isə tamamilə məhdudlaşır.
Bu yolun təmiri Ermənistanın şərq rayonlarından, habelə İrəvandan Dağlıq Qarabağa  getmək üçün sərf olunan vaxtı 1 saatadək azaldacaq.
2276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi