Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

Bakıda bir nəfər ürəyindən bıçaqlanaraq öldürülüb

Bakı şəhərində kişi meyiti tapılıb.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz, meşə massivində qeydə alınıb.

Qeyd olunan ərazidə ürək nahiyəsindən bıçaq xəsarətləri almış naməlum şəxsin meyiti tapılıb. 25-30 yaşlarında olduğu güman edilən şəxsin kimliyi və cinayəti törədənin tapılması istiqamətində iş aparılır./apa/
1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber