Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

Maradona Messinin mükafat almasına etiraz etdi

Argentina millisinin futbolçusu Lionel Messinin Braziliyadakı dünya çempionatının ən yaxşısı seçilməsi narazılıqla qarşılanıb.

Finalda Almaniyaya uduzan cənubi amerikalıların kapitanını "Qızıl top”a layiq görməyənlərin sayı yetərincədi.

Messinin özü, əfsanəvi Dieqo Maradona və Bundestimin üzvü Kristof Kramer də bununla bağlı maraqlı fikirlər səsləndirib.

Dieqo Maradona: "Marketinqlə məşğul olan insanlar Messiyə qazana bilmədiyini hədiyyə etmək istəyirlər. Elə təəssürat yarandı ki, heç onun özü də mükafatı almağa getmək istəmirdi. Mən Xames Rodrigesi ən yaxşı hesab edirəm”.

Lionel Messi: "Biz daha artığına layiq idik. Amma bəxt Argentinada üz döndərmişdi. Çox ağrılı zərbə alsaq da, Braziliyanı başıuca tərk edirik. Karyeramın ən ağır günüdü. Aldığım "Qızıl top” da mənim üçün çox az əhəmiyyət kəsb edir. Məni yalnız dünya çempionatındakı qələbə maraqlandırırdı”.

Kristof Kramer: "Messi dünya çempionatının ən yaxşısı seçilib? Onu təbrik edirəm. Amma mənim üçün bu mükafat zibildi. Bütün mükafatların ən dəyərlisini biz qazandıq”.

Quti: "Messinin dünya çempionatının ən yaxşı futbolçusu seçilməzi təəccüblüdü. Təəssüf ki, FİFA digər oyunçulara qarşı belə hörmətsizlik edir”.

Ronald de Bur: "Messi dünya çempionatının ən yaxşı futbolçusudu? Yəqin ki, FİFA zarafat edir. Messi ən yaxşıdı, amma bu turnirdə yox. Burda Tomas Müller, Aryen Robben və Toni Kroos ən yaxşı 3 oyunçu idi”./apa/
1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13
Bakıda “Təcil