Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

“Amerika və İngiltərə rəsmən bu hücumları himayə edir”

Ali Dini Lider Ayətullah Xamenei Amerika və İngilətərənin Qəzzadakı uşaq ölümlərini rəsmən himayə etdiyini bildirib.

Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei İsrailin Qəzzaya hücumlarının fəsadlarından və bu qətliamların hansı ölkələr tərəfindən himayə edilməsindən danışıb.

İslam İnqilabının Rəhbəri müasir dünyanın acı gerçəkliklərini, bəzi ölkələrin təbliğat hegemoniyası ilə həqiqətləri dəyişdirdiklərini xatırladaraq, Qəzza hadisələrinə toxunub:

“Bəzən bir heyvanın dünyanın hər hansı bir guşəsində öldürülməsinə görə böyük bir qalmaqal yaradılır. Ancaq Qəzzaya edilən son hücumların və əksəriyyətini məzlum və günahsız uşaqların təşkil etdiyi 100-dən çox insan qətllərinin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, Amerika və İngiltərə rəsmən bu hücumları himayə edir”.
1239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber