Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

Əhəd Abıyevin oğlu intihar edib

Bu yaxınlarda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9 mərtəbəli binadan yıxılması barədə xəbər verilmişdi. Ancaq icra başçısı bu xəbəri heç bir dəlil gətirmədən təkzib etmişdi. İcra başçısının oğlu ilə bağlı daha dolğun və yeni məlumat əldə edilib.

Dəqiqləşdirdiyimiz məlumata görə, Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən təsadüfən yıxılmayıb, o, intihara cəhd edib. Belə ki, Türkiyədəki otellərdən birində Əhəd Abıyevlə oğlu arasında mübahisə yaşanıb. Həmin vaxt Ə.Abıyev qardaşı Abı Abıyevi Türkiyəyə müalicəyə aparıbmış. İcra başçısının oğlu da onlarla bir yerdə olub.

Oteldə yaşanan mübahisə zəminindən sonra Əhəd Abıyevin oğlu özünü 9-cu mərtəbədən ataraq intihar edib.
Xoşbəxtlikdən, icra başçısının oğlu sağ qalıb, ancaq ciddi xəsarət alıb./publika/
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber