Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

Ukrayna ordusunun iki təyyarəsi vuruldu

Bazar günü Ukraynanın şərqindəki Qorlovka şəhərində özünümüdafiə dəstələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki SU-25 təyyarəsini vurub.

“Ria-Novosti” xəbər verir ki, vurulan təyyarələrdən biri Zaytsevo, digəri isə Debalçevo qəsəbələri yaxınlığında yerə düşüb.

Separatçıların komandiri İqor Bezler deyib ki, təyyarələri zenit pulemyotlarla atəşə tutublar.

Həmçinin separatçıların qırıcı döyüş təyyarəsini ələ keçirmələri və hökumət qüvvələrinin Aleksandrovka ətrafındakı canlı qüvvələrinin havadan atəşə tutulması haqda xəbərlər yayılıb.
1103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP