Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

İŞİD: “Məsciddə Quran oxumaq haramdır”

İŞİD terror təşkilatı cümə namazından qabaq məscidlərdə Quran oxumağın haram olmasına dair yeni fitva verib.

“Şəbistan” xəbər agentliyi xəbər verir ki, Əl-Ənbara məxsus polis orqanlarının əməkdaşı İŞİD-in yeni bir fitva verdiyini bildirib. Onun bildirdiyinə görə, terror təşkilatı Fəllucədə xətiblərin məscidə girişinə mane olaraq onlara Quran oxumağı qadağan ediblər.

Bundan əlavə İŞİD üzvləri əhalinin vəfat etmiş əzizlərinə məscidlərdə yas tutmasına da icazə vermir.

Mənbənin bildirdiyinə görə, İŞİD üzvləri cümə namazından əvvəl və sonra Quran oxunmasının əleyhinədir və onlar bu işin bidət olduğunu iddia edir.
1242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber